Bakı metrosunda niyə sıxlıq yaşanıb? — AÇIQLAMA+VİDEO

SOSİAL 01 iyn 2020, 20:52

“Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır”.


Demokrat.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:


“İstər metronun “28 May” stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib. Bütün sərnişinlər sosial məsafənin qorulması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir”.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top