​Bakıda tıxacı göstərən elektron lövhələr niyə işləmir? — VİDEO

SOSİAL 01 iyn 2020, 21:57

Bakıda Ziya Bünyadov prospekti və Salamzadə küçəsində elektron məlumat lövhələri xeyli müddətdir işləmir.


Funkiyası sürücüləri tıxacın olub-olmamasından xəbərdar edən avadanlıqların bəziləri hazırda sadəcə xüsusi günləri xatırladan təqvim rolunu oynayır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, vaxtilə quraşdırılan elektron lövhələr keyfiyyətsiz olduğu üçün istifadə müddətini tez tamamlayıb.


Ekspert bildirir ki, işlək vəziyyətdə olmayan avadanlıqların yoxluğu varlığından daha faydalı olar.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, yaranan nasazlıq 1-2 günə aradan qalxacaq.


“Bu yaxınlarda 2 yerdə sistemdə texniki nasazlıq yaranıb. O da aradan qalxacaq". (Yeniavaz.com)

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top