Daha bir qurumun əməkdaşında koronavirus aşkarlandı

SOSİAL 01 iyn 2020, 18:30

Baş Prokurorluğun bir əməkdaşında koronavirus aşkarlanıb.


Qurumdan bildirilib ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktik tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib. Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.


Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top