İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

SİYASƏT 29 avq 2018, 13:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.


Demokrat.Az xəbər verir ki, səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını deyib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Zurab Pataradze qeyd edib ki, o, dost Azərbaycana səfir vəzifəsinə təyin olunmasından şərəf hissi duyur. Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə əminliyini ifadə edib. Səfir fəaliyyəti dövründə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.

Demokrat.Az  xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top