Tikinti şirkəti “Azərişıq”a 2 milyon manatlıq sayğac satacaq — FOTOFAKT

SOSİAL 01 iyn 2020, 12:42

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti “Meqaplus” firmasından 1 milyon 999 min 462 manat 80 qəpik dəyərində elektron sayğac və smart abonent kartı satın alacaq.


Demokrat.az xəbər verir ki,  “Meqaplus” firması “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi olub.


Tender müsabiqəsinin şərtlərinə görə “Meqaplus” firması “Azərişıq” ASC-yə 1 milyon 999 min 462 manat 80 qəpiyə 30 min ədəd bir fazalı elektron sayğac və 6 min ədəd smart abonent kartı satacaq.


Məlumat üçün bildirək ki, “Azərişıq” ASC-yə 2 milyon manatlıq məhsul satacaq “Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən “Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.


“Meqaplus” firması bu ilin fevral ayında Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi”nin elan etdiyi 194 min 298 manat 46 qəpik dəyərind tenderin qalibi olub. Tenderin şərtlərinə görə “Meqaplus” firması “binanın sökülməsi və ərazinin abadlaşdırılması” işlərini həyata keçirəcək.

 
Qeyd edək ki, “Meqaplus” firması barədə açıq internet resurslarda geniş məlumat mövcud deyil. Azsaylı məlumatlardan belə görünür ki, “Meqaplus” firması tikinti sektorunda fəaliyyət göstərir. Açıqlanan məlumatlarda göstərilir ki,“Meqaplus” firması hazırda Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Neftçala rayonunda  Olimpiya İdman Kompleksi inşa edir.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top