Nəriman Vartanyana qalib gəlib finala çıxdı

İDMAN 01 iyn 2020, 13:17

Rusiyanın “Fight Nights Global” MMA turnirinin yüngül çəkidə çempionu Nəriman Abbasov erməni idmançı Eduard Vartanyana qalib gəlib.


Demokrat.az xəbər verir ki, Rusiyanın “MMA Vestnik” “Instagram” səhifəsində baş tutan onlayn yarışın yarımfinalında iki idmançı arasında səsvermə keçirilib.


24 saat ərzində “Instagram”ın hekayə bölməsində gerçəkləşən səsvermənin qalibi Nəriman olub.


Beləliklə, idmançımız turnirin finalına vəsiqə qazanıb. Onun finaldakı rəqibi çeçen Yusif Raisov olacaq. Raisov yarımfinalda Aleksandr Şabliyə qalib gəlib.


Qeyd edək ki, Nəriman Abbasovla Eduard Vartanyan real döyüşdə bir-birinə rəqib olmalıydı. Görüş “Fight Nights Global”ın çempionluq kəmərinin müdafiəsi üçün Moskvada keçirilməli idi. Lakin “Şir ürəkli” ləqəbli Vartanyan yanvarda Nərimana rəqib olmaqdan imtina etmişdi.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top