Autizm sindromundan əziyyət çəkən 12 yaşlı Murada deputatdan DƏSTƏK (FOTOLAR)

SOSİAL 01 iyn 2020, 10:53

Salyan rayonunun Noxudlu kəndindən 10 yaşlı Əmənova Mahirə İlqar qızı, 12 yaşlı Sadıqlı Ataxan Murad oğlu autizm sindromundan əziyyət çəkirlər. 


Təşəbbüsümlə köməkçim Xidmət Orucov uşaqlara baş çəkmiş, onları diqqətdən kənarda qoymamışdı. Uşaqlar diqqət, qayğı və sevgi içində böyüməlidirlər.


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt həyat arzulayıram. Arzu edirəm ki, vətənpərvər övlad kimi böyüsünlər, Dövlətimizə və Xalqımıza xidmət etsinlər.


Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top