Bakıda iki yaşlı körpə faciəli şəkildə öldü

HADİSƏ 01 iyn 2020, 10:27

Bakıda iki yaşlı körpə qız bədbəxt hadisə nəticəsində ölüb.


Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.


Belə ki, iki yaşlı İ.K. (şərtidir) valideynləri ilə birlikdə qəsəbə ərazisində yaşayan qohumlarıgilə (uşağın xalasigilə) qonaq gedib. Nəzarətsiz qalan körpə həyətdə oynayarkən hovuza düşərək boğulub. Bu zaman uşağın anası və xalası evdə olduğundan hadisədən uşaq öləndən sonra xəbər tutublar.  Onlar uşağın meyitini bir neçə dəqiqə sonra hovuzda aşkarlaylıblar. 


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top