Nyu-York merinin etirazlara qoşulan qızı həbs edildi

DÜNYA 01 iyn 2020, 11:32

Nyu-York şəhərinin merinin qızı Çiara de Blazio saxlanılıb.


Demokrat.az xəbər verir ki, bu barədə “NY1” telekanalı məlumat yayıb.


25 yaşlı Çiara de Blazio afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün tutulub.


Xəbərdə qeyd olunur ki, merin qızı Brodvey prospektini bağlayan 100 nəfərə yaxın nümayişçidən biri olub. Etirazçılar polisin dağılışma əmrinə tabe olmaqdan imtina ediblər. Çiara de Blazio ictimai asayişi pozmaqda ittiham olunub.


O, qısa müddət sonra saxlanıldığı təcridxanadan azad edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top