Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü — FOTO

HADİSƏ 31 may 2020, 22:58

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

 

Belə ki, kənd sakini 36 yaşlı Albəndiyev Şəhadət Tufan oğluna məxsus, ümumi sahəsi 80 kv.m olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

 

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top