"Paşinyanın arzusu idi ki, nəyin bahasına olursa-olsun..." — Deputat (VİDEO)

SİYASƏT 31 may 2020, 21:45

"Ermənilər fikirləşdi ki, pandemiya dövründə bir sıra dövlətlərin nümayəndələri müşahidəçi qismində iştirak edə bilərlər. Lakin əvvəl dən də bilirdilər ki, iştirak etməyəcəklər. Sakit nəyin bahasına olursa-olsun Qarabağ klanını siyasətdən aralamaqla özlərinin istədiyi Masis Mailiyan, Arikinyanın gətirilməsini həll etmək üçün bu addıma getdi. Bu da Paşinyanın istəyi, arzusu idi ki, nəyin bahasına olursa-olsun Qarabağ klanından sonra onun özünün adamları olsun. Orada da məram və məqsəd ondan ibarətdir ki, həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən özlərinin qara fikirli addımlarını, eyni zamanda iqtisadi cəhətdən korrupsiya sxemlərini Dağlıq Qarabağ ərazisində çox yüksək şəkildə həyata keçirə bilirlər.


Demokrat.az-ın xəbərinə görə, bu fikirləri İctimai Televiziyada Elçin Şıxlının aparıcısı olduğu "Pressinq" verilişində millət vəkili Arzu Nağıyev qondarma rejimin Dağlıq Qarabağda "seçkilər"dən sonra Şuşada keçirilən "inaqurasiya" məsələsini şərh edərkən deyib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top