Yəhudi jurnalist müsəlman oldu - SƏBƏB

DÜNYA 29 avq 2018, 10:03

Yəhudi jurnalist Mahdi Məcid  İsrailin yüksək vəzifəli rəsmiləri ilə sıx dostluq əlaqələrinə rəğmən bu yaxınlarda İslamı qəbul edib.

 

Misirin  “Egypt Independent” nəşrinin verdiyi xəbərə görə,  qələm adamı İsraili kəskin tənqid atəşinə tutub. 


“Daha öncə mən müsəlman deyildim, amma indi İslama çox sayda araşdırmadan sonra həqiqəti tapmaqda mənə kömək edən Allah sayəsində inanıram”, - deyə jurnalist yazıb. 
Məcid özünün “Tvitter” səhifəsində  kəlmeyi-şəhadəti  təkrarlayıb və "hər hansı bir zülmkar, tiran və qan tökən təcavüzkara sadiqliyi dəstəkləməyəcəyini" ifadə edib.
Bundan əlavə, jurnalist  əvvəllər “Yaxın Şərqdəki demokratiyanın çırağı” dediyi İsraili "sionist dövləti" adlandırıb. 

 

“Sizləri İsrailə  və bu dövlətin rəsmilərindən heç birinə inanmamağa çağırıram. Danışıqları nə qədər şirin olsa da, onlar öz maraqlarına xidmət edir”-deyə yəhudi qələm adamı sözügedən dövlət adamlarını ikiüzlülükdə də ittiham edib. /Moderator.az /

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top