İran “qara qutu”nu Ukraynaya təhvil verməkdən imtina etdi

DÜNYA 31 may 2020, 19:55

İran Tehran yaxınlığında səhvən vurulan Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”sundakı uçuş qeydlərini Ukraynaya təhvil verməyəcək.


TASS xəbər verir ki, bu barədə qərar Ukrayna tərəfinin rəsmi Tehranın təkliflərinə ləng cavab verməsi ilə əlaqədardır.


Qeyd olunur ki, böyük ehtimalla “qara qutu” Fransaya göndəriləcək.


Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top