Prezident Gəncəyə yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

SOSİAL 28 avq 2018, 15:49

Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Demokrat.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

Prezident İlham Əliyev, həmçinin Niyazi Müzəffər oğlu Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

 

Dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top