Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq

SİYASƏT 31 may 2020, 20:13

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.


Demokrat.az xəbər verir ki, layihə barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.


Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top