MN: "Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır"

SİYASƏT 31 may 2020, 15:00

Mayın 31-də  Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.


Bu barədə Demokrat.az-a Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.  


Məlumatda bildirilir ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib:


"Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".


Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Vahid Əhmədov bunları deyib:


"Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.


Millət vəkili separatçı rejimin "rəhbəri"nin Şuşada keçirdiyi “inauqurasiya” mərasiminə belə münasibət bildirib: “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top