Jurnalistlər binasında koronavirus təhlükəsi — ÖZƏL

HADİSƏ 31 may 2020, 13:49

Jurnalistlər binasında koronavirusa yoluxma qeydə alınıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, infeksiya binanın "A" blokunda yaşayan sakində aşkarlanıb. Həmin şəxsin bu səhər virusa yoluxduğu məlum olub və sonradan əraziyə nəzarət gücləndirilib. 


Binada məskunlaşanlar Demokrat.az-a bildiriblər ki, "Azərtac"-ın jurnalisti İradə Tağıyevaya məxsus mənzildə bir nəfər koronavirusa yoluxub. 

 

Məlumata görə, agentliyin əməkdaşı ona aid mənzili kirayə verib.


Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top