Jurnalistlər binasında koronavirusa yoluxma qeydə alınıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, infeksiya binanın "A" blokunda yaşayan sakində aşkarlanıb. Həmin şəxsin bu səhər virusa yoluxduğu məlum olub və sonradan əraziyə nəzarət gücləndirilib.
Binada məskunlaşanlar Demokrat.az-a bildiriblər ki, "Azərtac"-ın jurnalisti İradə Tağıyevaya məxsus mənzildə bir nəfər koronavirusa yoluxub.
Məlumata görə, agentliyin əməkdaşı ona aid mənzili kirayə verib.
Zaur Hacılı