Rusiya son 37 ilin ən irimiqyaslı hərbi manevrlərinə hazırlaşır

DÜNYA 28 avq 2018, 14:30

Rusiya son 37 ilin ən irimiqyaslı hərbi manevrlərinə hazırlaşır.

 

 "Vostok-2018" adlanan təlim sentyabrda keçiriləcək. Ölkə təlimlərə təxminən 300 min hərbçi və 1000-dən çox hava nəqliyyatı cəlb etməyi nəzərdə tutur. Rusiyanın müdafiə naziri, general Sergey Şoyqu jurnalistlərə bildirib ki, belə genişmiqyaslı manevrlər sonuncu dəfə 1981-ci ildə olub.

 

Qeyd edək ki, "Vostok-2018" sentyabrın 11-15-də keçiriləcək. Beynəlxalq status almış manevrlərin bir mərhələsində Çin və Monqolustanın hərbi qüvvələri də iştirak edəcək.(Qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top