Parlamentdə 190 manatlıq ödənişlə bağlı YENİ TƏKLİF

SOSİAL 31 may 2020, 12:35

"Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”.


Demokrat.az"Report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib.
 

"Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var. 190 manatlıq birdəfəlik ödəniş əvvəlcə 200 min adama, daha sonra isə 600 min adama şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”, - deyə o, qeyd edib. 


Deputat həmçinin regionlarda yeni işlərinin yaradılmasını təklif edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top