Azərbaycan-İran sərhədində YANĞIN — texnika və canlı qüvvələr cəlb edildi

HADİSƏ 30 may 2020, 23:02

Biləsuvar rayonunun İran İslam Respublikası ilə sərhədyanı ərazisində yanğın baş verib.


Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, yanğın iki ölkənin sərhəd zolağı boyunca qeydə alınıb.


Güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub.


Hadisə yerinə Biləsuvar və Zəngilan rayonlarının yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb edilib.


Hadisə nəticəsində 10 hektar sahədə kol-kos və biçilməmiş taxıl sahəsi yanıb.


Digər taxıl sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.


Hazırda dövlət sərhədində baş vermiş yanğının səbəbləri ilə araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top