Elnur Məmmədli ilə Şəhriyar Məmmədyarov arasında müqayisəyəgəlməz müqayisə...

SOSİAL 28 avq 2018, 14:02

Bəlkə də indi yazdıqlarımın Şəhriyar Məmmədyarovla dolayı olaraq əlaqəsi var. Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci ildə Olimpiya çempionu olanda dövlət ona 600.000 manat (təxminən 800.000 dolar) pul bağışladı. Bundan sonra bu idmançının sanballı bir uğuruna rast gəlmədik. Maşın kolleksiyası yaratdı, adı razborkalarda hallandı, polisə işə düzəldi və s. Çəkisini 73 kiloqramdan 81-90 kiloqrama qədər artırdı. 2012-ci ildə isə peşəkar karyerasını başa vurdu. 


Ancaq ondan cəmi iki yaş böyük olan Yamayka yüngül atleti Hüseyn Bolt 8 dəfə Olimpiya çempionu, 11 dəfə Dünya çempionu olub. “Forbes” jurnalının məlumatına görə 2012-ci ildə onun 20,3 milyon dollar gəliri olub. Bu vəsaitin əsas hissəsi reklam və sponsor müqavilələrindəndir. H. Boltun yazdığı “Mənim avtobioqrafiyam” kitabında dövlətin ona maliyyə dəstəyi barədə söhbət belə açılmır. 


Elnur Məmmədli və başqaları dövlətin onlara verdiyi yüksək məbləğin bir hissəsini də öz idman karyeralarına xərcləməli idilər. Azərbaycan Dövlətinin idmançıların çoxunu ərköyünləşdirməsi artıq öz “nəticəsini” verib.


Qayıdaq Şəhriyar Məmmədyarova. Şahmat bahalı oyundur. Yəni onun özü bu oyundan indiyə qədər heç nə qazanmayıb? İnanmıram ki, dövlət belə parlaq idmançının yarışlarda iştirakını maliyyələşdirməsin... 

 

P.S. Elnur Məmmədliyə verilən pulla Azərbaycanın istedadlı uşaqları 10 illərlə Dünya Fənn Olimpiadalarında bilik yarışmalarında iştirak edə bilərdilər. Dövlətə qalan bu olacaqdı.

 

Etibar Əliyev, Fəlsəfə doktoru

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top