Paşinyan: "400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb"

SİYASƏT 30 may 2020, 20:32

Ermənistanda koronavirusa yoluxduğu təsdiq olunan 400-dən çox pasiyentin vəziyyəti ağır və ya son dərəcə ağırdır.

 

Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

 

"Koronavirusa yoluxmuş 358 pasiyent ağır vəziyyətdədir, 58 nəfərin vəziyyəti son dərəcə ağırdır. 15 insan süni nəfəs aparatına qoşulub", - baş nazir onlayn-brifinqdə deyib.

 

Ermənistanda martın 16-da iyunun 13-dək koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19 8 927 insanda aşkar edilib, 127 nəfər ölüb. (Report.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top