Almaniya polisi məscidlərə nəzarəti gücləndirdi — FOTO

DÜNYA 30 may 2020, 17:23

Almaniyada məscidlərin hücum təhdidləri almaları Federal Daxili İşlər Nazirliyini gücləndirilmiş iş rejiminə keçirib.


Demokrat.az xəbər verir ki, təhdidlərin haradan və kimlərdən gəldiyi bilinməsə də, məscidlərə qarşı ola biləcək hansısa hücumun qarşısını almaq məqsədi ilə ətrafda polis patrul xidməti daha da gücləndirilib.


Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, məscidlərlə bağlı sonuncu təhdid faktı Hessen federal əyalətinin paytaxtı Viesbaden şəhərində qeydə alınıb.


Naməlum şəxsdən (və ya şəxslərdən) məktub alan Diyanət İşləri, Türk-İslam Birliyinə (DİTİB) aid məscidlərdən biri ötən həftə cümə namazı vaxt müvəqqəti olaraq bağlanıb.


Məlumat üçün bildirək ki, hazırda Almaniyada 2 800 məscid var. Onlardan 900-ü DİTİB-ə aiddir. Məscidlər tez-tez müxtəlif hücumlara məruz qalır. Əsasən radikal irqçilər tərəfindən edilən hücumlar zamanı məscidlərin qapısına kəsilmiş donuz başı atılır, qapı və pəncərələrin şüşələri sındırılır, divarlara satanizm və nasizm işarələri çəkilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top