ABŞ-da etirazçılar bank binasını da yandırdılar

DÜNYA 30 may 2020, 12:03

ABŞ-da polis tərəfindən öldürülən qaradərili Corc Floyd üçün təşkil olunan nümayişlərdə “Wells Fargo”ya məxsus bank binası etirazçılar tərəfindən yandırılıb.


Demokrat.az xəbər verir ki, sözügedən maliyyə qurumunun bir filialı Minneapolis şəhər polis departamentinin yanında yerləşir. Kontrplak panellərlə bağlanmış qapıların yanğına məruz qaldığı, binanın sındırılmış şüşələrindən tüstünün çıxdığı bildirilib.


Bununla yanaşı filialın yaxınlığında yerləşən bir bankomat və bir avtomibilin də yandırıldığı məlum olub.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top