Külək güclənəcək, yağış yağacaq, dolu düşəcək — XƏBƏRDARLIQ

HADİSƏ 29 may 2020, 22:36

Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.


Milli Hidrometeoroloji Xidmətdən verilən xəbərə görə, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.


Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.


Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top