"Sanki karantində deyil, istirahətdəyik" — Damla

ŞOU-BİZNES 29 may 2020, 23:14

Dağıstandan Azərbaycana gətirilən müğənni Damla Xızıda karantindədir. 


Müğənni sosial şəbəkə vasitəsilə oteldə günün yaxşı keçdiyini, hətta karantində konsert verəcəyini yazıb:


“Əziyyətimizi çəkən dəyərli həkimlərimizə, otelin personalına, rəhbərliyinə sonsuz minnətdarlığımı bildirirəm. Burada hər kəsə yüksək səviyyədə xidmət göstərilir. Sanki karantində deyil istirahətdəyik. Allah heç kəsə xəstəlik qismət etməsin. Analiz cavablarımız neqativ çıxsın. Hamımız öz ailəmizin yanına qayıdaq. 


Bu arada oteldə bizimlə qalan bütün qonşularımı salamlayıram. Axsama açıq hava konsertinə hazır olun”.


Qeyd edək ki, Damla Novruz bayramı ərəfəsində el şənliyində iştirak etmək üçün Moskvaya getmişdi. Koronavirusa görə sərhədlər bağlandığı üçün müğənni ölkəyə qayıda bilməmişdi. Ölkəyə qayıda bilmək üçün Dağıstan sərhədinə gələn müğənni bir neçə gün öncə Azərbaycana gətirilib.  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top