Kütləvi yoluxma əsasən bu yerlərdə baş verir — Sədr AÇIQLADI

SOSİAL 29 may 2020, 20:38

“Təəssüf ki, yas yerlərində kütləvi yoluxmalar baş verir”.

 

Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O qeyd edib ki, yas qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara riayət olunmur: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top