Son günlər koronavirusa yoluxma ən çox bu bölgələrdə olub — SİYAHI

GÜNDƏM 29 may 2020, 20:12

"Ötən həftələrlə müqayisədə vəfat edənlərin və ağır xəstələrin sayı artsa da, ciddi artım yoxdur".


Demokrat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O qeyd edib ki, Gəncədə 481, Masallıda 47, Xaçmazda 31 nəfərin koronavirusa yoluxması aşkar olunub:


“Son günlər həmin rayonlarda yoluxma yüksək olub. Masallının Əlişan kəndində 12 nəfər, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Beyləqanın Şahsevən kəndində 5 nəfər koronavirusa yoluxub. Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb. Bakıda Yasamal, Sabunçu, Nəsimi, Binəqədi, Nərimanov, Xətai, Qaradağ, Suraxanı, Nizami rayonlarında yoluxma daha yüksək olub. Bakının digər rayonlarında yoluxma 3 faizdən aşağıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top