Azərbaycan Fransadan 22 ton ətir idxal edib

İQTİSADİYYAT 29 may 2020, 17:27

Azərbaycan bu ilin yanvar-mart ayları ərzində 4,8 mln. ABŞ dollar dəyərində 435,29 ton ətir və tualet suyu idxal edib.


Demokrat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6 % az, miqdar ifadəsində isə 42,2 % çoxdur.


Ölkəyə dəyər ifadəsində ən çox ətir Fransadan idxal olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 1,56 mln. dollar məbləğində 21,7 ton ətir və tualet suyu ixrac edib.


Miqdar ifadəsində ölkənin ətir idxalında Çin və Türkiyə liderlik edir. Hesabat dövründə Azərbaycan Çindən 0,456 mln. dəyərində 215,8 ton, Türkiyədən isə 0,457 mln. dollar dəyərində 60,2 ton ətir idxal edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top