Bakı metrosunun fəaliyyəti dayandırılır? — AÇIQLAMA

SOSİAL 29 may 2020, 14:03

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma şənbə-bazar və bayram günləri müşahidə olunur. Yoluxma artdığı üçün metronun fəaliyyəti yenidən dayandırıla bilərmi?

 
Demokrat.az-ın xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu barədə hələlik heç bir göstətriş yoxdur: "Azərbaycanda pandemiya yayılmağa başladığı ilk gündən başlayaraq Bakı Metropoliteni Operativ Qərargahla sıx işləyir. Əgər Bakı Metropolitenin fəaliyyətində hər hansı məhdudiyyətlər olsa və yaxud dayandırılsa bunun haqqında vətəndaşlarımıza məlumat veriləcək. Bilirisiniz ki, tibbi maskanın taxılması isə mütləqdir. Ümumiyyətlə metropoliten özünün texniki imkanları və sərnişinlərin məlumatlandırılması baxımından bütün imkanlarından istifadə edir ki, Operativ Qərargahın metodiki göstərişlərinı tam riyaət olunsun. Amma sərnişinlərdən də çox şey asılıdır. Sərnişinlər zərurət olmasa metropolitendən istifadə etməməlidir. Hamımız birlikdə çalışmalıyıq. Metropoliten üzərinə düşən işi imkanları daxilində maksimum dərəcədə edir. Hətta qatarlar da maksimal qrafiklə çalışırlar. Əlavə işçi qüvvəsi də ayrılıb. Bir sözlə, gücləndirilmiş iş rejimi ilə çalışırıq".(sonxəbər.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top