Merkel Özilin yığmadan getməsindən danışdı

DÜNYA 27 avq 2018, 19:28

Almaniya kansleri Angela Merkel “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin millidən getməsinə münasibət bildirib. 

 

Merkel bildirib ki, bu məsələdə dəqiq mövqeyi var:

 

“Hər kəsin Özilin Ərdoğanla fotosuna öz münasibəti var. Lakin bu barədə Özil və ya digər miqrantın danışmasının fərqi yoxdur. Əgər Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib müzakirə etməliyik”, - Merkel ARD telekanalının efirində deyib.

 

Kansleri Almaniya prezidenti Frank-Valter Ştaynmayer dəstəkləyib.

 

O bildirib ki, Almaniyada vətəndaşların birinci və ya ikinci növə bölünməsi olmamalıdır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top