Şənbə və bazar günləri çölə çıxmağa qadağa qoyulacaq? — AÇIQLAMA

SOSİAL 29 may 2020, 12:06

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma şənbə-bazar və bayram günləri müşahidə olunur. Azərbaycanda şənbə bazar günləri insanların çölə çıxmasına məhdudiyyətlər qoyula bilərmi?

 

Demokrat.az-ın xəbərinə görə, bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, Operativ Qərargah vəziyyəti nəzarətdə saxlayır: "Əgər ehtiyac yaransa, bu addımı ata bilər. Hesab edirəm ki, bu məsələdə maarifçilik işlərinin bir faydası yoxdur. 19-20-ci əsrin maarifçiləri nə qədər əziyyət çəksələr də cəmiyyətdəki xurafatçılıq, cahilik bu günə kimi daşınıbsa maarifçilik işlərinin bir faydası yoxdur. Buna görə qanunun sərtləşməsinə ehtiyac var. Bütün hallarda məhdudiyyətləri qorumaq lazımdır. Çünki qoyulan qaydalara əməl edənlərin sayı çox azdır. Bu məsələnin həlli məhdudiyyətlərlə olmalıdır. Ona görə də ola bilsin ki, şənbə-bazar insanların çölə çıxmasına məhdudiyyətlər qoyula bilər".(sonxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top