Koronavirusla bağlı ŞAD XƏBƏR: Virus artıq ...

DÜNYA 29 may 2020, 10:37

Canlı yayımda koronavirusun hazırki durumunu dəyərləndirən Türkiyənin elmi komitəsinin üzvü Professor Dr. Tevfik Özlü sevindirici xəbər verib.


Demokrat.az xəbər verir ki, Tevfik Özlü bir televiziya kanalında Səhiyyə Naziri Fəxrəddin Qoca tərəfindən son açıqlanan yoluxanların sayı və 1 iyunda götürüləcək qadağaları dəyərləndirib.


Özlü yoluxma sayında olan azalmaya baxıldığı zaman hazırki koronavirusun yayılmağa başladığı ilk vaxtlardakı koronavirusdan daha az xəstələndirmək gücündə olduğunu deyib:


"Amma bu bizdə arxayınlığa səbəb olmamalıdır. Virusdan tam yaxa qurtarmaq üçün əlimizdən gələni etməliyik. Hazırki durum bizə bunu göstərir ki, virüs qalır. Heç bir yerə getməyib. Vəziyyət düzəlməyib, təhlükə sovuşmayıb. Virus məqam gözləyir. Bizi xəstələndirmək üçün, öldürmək üçün fürsət gözləyir. Yoxmuş kimi davrana bilmərik. "Təhlükə bitdi, hər şey normala döndü" deyə bilmərik. Əlbəttə sosial həyat yenidən başladı. Amma işimizə geri dönsək də virusa fürsət verməyəcək şəkildə, kontrollu bir şəkildə bunu etmək məcburiyyətindəyik. Xahiş edirəm, işimizin dalınca gedərkən virusun var olduğunu unutmayaq. Özümüzü qoruyaq, yenə tədbirimizi görək. Maska, sosial məsafə və gigiyena qaydalarına əməl edək. Mümkün olduğu qədər qapalı və insanların sıx olduğu yerlərdən uzaq duraq.


COVİD-19-un bəzi mutasiyalar keçirdiyi ilə bağlı araşdırmalar davam edir. Xəstəxanalardakı xəstə sayına baxdığımız zaman sayının azaldığını, xəstələrin artıq çox yüngül simptomlarla bizə müraciət etdiklərini deyə bilərəm. Bütün bunlar virusun xəstəlik törətmə potensiyalının azaldığını düşünməyimizə səbəb olur. Koronavirus hazırda bir mutasiyada ola bilər. Artıq bu virus ilk gündəki virusla müqayisədə daha az yoluxdurma gücünə malikdir. Amma buna baxmayaraq heç kim səhlənkarlıq etməməlidir, özünü qorumalıdır".(milli.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top