Bərdədə birinci qrup əlil nazirliyin adından istifadə etdi, tanışlarına qarşı cinayət törətdi — Şok (ÖZƏL)

KRİMİNAL 29 may 2020, 10:15

Bərdə rayonunda dələduzluq etməkdə təqsirli bilinən Zahid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, birinci qrup əlil olan Zahid Məmmədov Əmək və Əhalinin Müdafiəsi Nazirliyində tanışları olduğu,  onların vasitəsi ilə iş görə biləcəyi adı ilə bir qrup vətəndaşı aldadıb.


Belə ki, Zahid Məmmədov 2016-cı ilin noyabr-dekabr aylarında Bərdə rayonu, Bəcirəvan kəndində tanışı Seyfəddin Quliyevin ona xəstəliyə görə pensiya kartı düzəltdirəcəyini və hər ayda həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadaraq onun 1200 manat pulunu və təkrarən, ikinci qrup Qarabağ əlili olduğuna görə dövlət hesabına növbədən kənar ev və avtomobil verdirəcəyi adı ilə aldadaraq onun 2500 manat pulunu alıb.


Bundan başqa, o, 2016-cı ilin noyabr-dekabr aylarında tanışı Elməddin Hacıyevin anası Gülbəniz Qarayevanın xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadıb. O, Elməddin Hacıyevin ayrı-ayrı vaxtlarda 400 və 500 manat pulunu alıb ələ keçirib.


Daha sonra Zahid Məmmədov tanışı Əhliyat Quliyevi xəstəliyə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadaraq Bərdə rayon Bəcirəvan kəndində, ayrı-ayrı vaxtlarda 600 və 1000 manat pulunu alıb.


Zahid Məmmədov həmin ilin noyabr-dekabr aylarında tanışı Tural Kərimovun atası Surxaya xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadıb. O, Bərdə rayon Bəcirəvan kəndində Tural Kərimovun ayrı-ayrı vaxtlarda 400 və 500 manat pulunu keçirib.


Bundan başqa, Zahid Məmmədov tanışı Həsən Quliyevin xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pul alacağı adı ilə aldadıb. O, Bərdə rayon Bəcirəvan kəndində Həsən Quliyevin ayrı-ayrı vaxtlarda 600 və 600 manat pulunu alıb.


Bundan başqa o, tanışı Mədət Quliyevin xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pul alacağı adı ilə aldadaraq, Bərdə rayon Bəcirəvan kəndində onun ayrı-ayrı vaxtlarda onun 1200 manatını ələ keçrib.


İstintaq orqanı tərəfindən Zahid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.


Bərdə rayon Məhkəməsinin hökmü ilə Zahid Məmmədov 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Hökmdən narazı qalan Zahid Məmmədov apelyasiya şikayəti verib. Birinci qrup əlil olduğunu qeyd edən Zahid Məmmədov barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Zahid Məmmədovun şikayəti təmin olunmayıb.


Qərardan narazı qalan Zahid Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, Zahid Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top