"Pərviz Bülbülə dedi ki, yaxşı jurnalist olsaydın, sənə də ad verərdilər" — Baş redaktor

SOSİAL 28 may 2020, 22:25

"Fəxri ad anlayışı Sovet dövründən qalıb. Təəssüf ki, müstəqillik illərində biz bu mənfi tendensiyadan imtina edə bilmədik. Mən həmişə o fikirdə olmuşam ki, yaradıcı insana istedadına görə qiymət vermək lazımdır. Nizaminin, Füzulinin, Nəsiminin fəxri adı olmayıb. Onlar zəif şair olublar?"

 

Demokrat.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Baş redaktor bildirib ki, normal ölkələrin əksəriyyətində bu anlayış yoxdur: “Bizimkilər Avropaya gedəndə yazıq tərcüməçi əcnəbilərə onların “Xalq şair”i, yaxud “Xalq artisti” olduğunu heç cür başa sala bilmirlər. Məncə, bu tendensiyadan qurtarmağın vaxtı çatıb. Təəssüf ki, Azərbaycanda fəxri adlardan qalxan kimi istifadə edənlər var. Səsi yoxdur, oxuya bilmir, səhnədə at kimi kişnəyir, üstəlik, repertuarı bərbaddır, tənqid edəndə də deyir ki, “mən Xalq artistiyəm, mənim əməyimi dövlət qiymətləndirib, sən kimsən ki, məni bəyənmirsən?”. Bir dəfə Space TV-də canlı efirdə meyxanaçı Pərviz Bülbüləni tənqid etdim. Verilişdən sonra mənə dedi ki, “sən yaxşı jurnalist olsaydın, ad verərdilər, sinəndən medal asardılar”. Onu başa sala bilmədim ki, mənim mükafatım tamaşaçı rəyidir, oxucu məhəbbətidir. Hesab edirəm ki, istedadlı adamlara dövlət deyil, xalq qiymət verməlidir. Rüşvət verib “Xalq artisti” adı alan adam bu adı daşısa da, istedadı yoxsa, heç vaxt xalqın artisti olmayacaq”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top