Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını işdən çıxardı - FOTO

SOSİAL 27 avq 2018, 17:23

Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib. 

 

Demokrat.Az Unikal.org-a istinadən xəbər verir ki, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir. 

 

Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. 

 

İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub. 

 

Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.

 

 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top