Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”

ŞOU-BİZNES 28 may 2020, 16:36

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib.


Demokrat.az xəbər verir ki, hazırda xəstəxanada müalicə olunan sənətçi əməkdaşımız ilə söhbətində koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb:


“Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.


S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib:


“Ölkədə karantin rejimi tətbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.


S.Əliyevin ailə üzvlərindən koronavirusla bağlı test nümunələri götürülüb. Testlərin nəticələri neqativ çıxıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top