Sabahdan Türkiyədə məscidlər açılacaq

DÜNYA 28 may 2020, 15:57

Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək.


Demokrat.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.


Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb.


Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə manazının qılınması qadağan olunmuşdu.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top