Evlənmək üçün dayanacaqlara elanlar yerləşdirdi — FOTO

MARAQLI 28 may 2020, 11:28

Azərbaycanlı gənc maraqlı addım atıb. 38 yaşlı Bakı şəhər sakini öz əli ilə yazdığı elanları avtobus dayanacaqlarına yerləşdirib.


Demokrat.az xəbər verir ki, əməkdaşımız ilə həmsöhbət olan şəxs evlənmək üçün elan verdiyini təsdiqləyib. Bunu etməkdə məqsədinin ciddi olduğunu bildirən şəxs 38 yaşının olduğunu və evlənmək üçün belə bir addım atdığını bildirib.


“Mənim evim var, maşınım var. Tək yaşayıram. İşim də var. Sadəcə axşamlar qarşıma çay qoyacaq, yemək bişirəcək həyat yoldaşına ehtiyacım var. Evlənəcəyim qadınla rəsmi nikaha girəcəm. Evi də keçirəcəm adına”, – deyə elan verən şəxs bildirib.(qazet.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top