“Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT

İDMAN 28 may 2020, 11:41

Bakı Şəhər Halqası xarici mətbuatda “Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib. 


Demokrat.az xəbər verir ki, saytımıza açıqlama verən Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:


“Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”. 


Qeyd edək ki, xarici mətbuatda yarışın Azərbaycan mərhələsinin sentyabrın 20-də baş tutacağı ilə bağlı məlumatlar yayılıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top