Azərbaycan çempionunun həbs müddəti artırıldı — QƏRAR

KRİMİNAL 28 may 2020, 10:57

Şamaxıda hədə-qorxu ilə pul tələb etmə və qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinərək həbs olunan məşhur güləşçi Məsim Qədirlinin barəsindsə seçilmiş həbs qətimka tədbirinin müddətinin artırılması barədə istintaq orqanını təqdimatına baxılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon Məhkəməsində hakimi Etibar Hümbətovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.


Məsim Qədirlinin barəsində seçilmiş həbs qətimkan tədbinin müddəti 3 aya qədər artırılıb.


İstintaq orqanı tərəfindən Məsim Cavid oğlu Qədirlinin  barəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.2.3-cü (hədə- qorxu ilə pul tələb etmə zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.


Qeyd edək ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlər imza atıb.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top