"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

GÜNDƏM 28 may 2020, 10:33

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün və partiya üzvlərinin adından Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

 
“Əziz həmvətənlər!


Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.


Hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı arzulayıram! Gəlin Azərbaycanımız, dövlətimiz, millətimiz üçün ölkəmizə göz dikən düşmənlərimizə qarşı birgə mübarizə aparaq. Azərbaycanımızı, bayrağımızı, dövlətimizi özümüzdən başqa kim qoruyacaq?!.


Respublika günümüz mübarək!"(versus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top