Bəzi kreativ ideyalı siyasi rəhbərlərimizə…

GÜNDƏM 28 may 2020, 09:38

Bu gün beş icra başçısının həbsi ölkəmizdə “koronovurus” pandomiyasının yaratdığı şoku üstələdi. Sözsüz ki, bu həbslər digər siyasi rəhbərlərin həyat fəaliyyətinə ciddi təsir etmiş oldu. Kimi xisəki çəkməkdən şəkəri qalxdı, kimi gündə stress atmaqdan ötrü yüz əlli qram araq vurası oldu, kimi, səki, kreativ ideyaları gerçəkləşdirməklə məşğul oldu, bəziləri ucqar dağ kəndinə “ZAP”ı ilə getməklə özlərinin sadələyini göstərmək istədilər, bəziləri isə başqa adlardan istifadə etməklə sosial mediadan xəbərlərlə daha yaxından tanış olmağa başladılar.


Hər halda nəticə odur ki, bu həbslər ətalət basmış siyasi rəhbərləri yerindən oynatdı, tərpətdi, nəyi var silkələdi. Sadəcə mənə maraqlı gələn o oldu ki, siyasi rəhbər ucqar dağ kəndinə “ZAP”ı ilə necə qalxıb. O boyda siyasi rəhbər o boyda balaca maşına necə sığışıb? Bu suallara cavab axtararkən düşünürəm ki, bəlkə siyasi rəhbər “zapı”nın mürəkkini dəyişibmiş? Hər nə desən o qrup məmurlardan çıxa bilər.


Yadıma bir anlıq doğma Ağdamım düşür. Bu gün xatirlərimizdə yaşatdığımız şəhərdə hər nə desən həm tapmaq olardı, həm də indiki dillə desək bütün kreativ ideyaları da ilk olaraq məhz bu şəhərdə kerçəkləşdirilərdi. Çox heyf ki, o günləri indi keçmiş zamanda danışırıq. Nə isə...


Ağdamda bir vaxtlar şəhərin güllü-çiçəkli vaxtlarında sayılan seçilən maşın ustalarımız “Zaporojets” maşınlarının axtarışına çıxmışdılar. Özü də ikiqapılı və birinci buraxılış olanların qiyməti üstündəydi. O maşınları isə keçmiş sovet hökuməti yalnız müharibə veteranlarına verirdi. Bizim kənddə də bir neçə nəfərdə var idi. Dərhal alıb aparmışdılar.


Yəni o markadan olan maşınlar o dövrdə açıq satışda yox idi. Mətləbdən uzaqlaşmayım. O da yadımdadır ki, o maşınları ustalarımız orijinalda yığmaqla mühərrikini dəyişib “Jiquli 2101”in mühərrikini qoyurdular. Çox ustalıqla yerləşdirilən bu maşın birgöz qırpımında istənilən maşını ötüb keçirdi. Və o maşını yığıb düzəldən, əli qızıl olan ustalarımız, sonda babat da pul tuturdular.


İndi düşünürəm ki, olsun ki, o siyasi rəhbərin sürdüyü, bəlkə elə bizim ustaların hazırladığı unikal “zapı”lardan olub...


***


Üzümü o siyasi rəhbərlərə tutub deyirəm ki, özünüzü niyə yorursunuz axı, çəkilən çəkilib artıq. Bu tipli oyunlar daha keçmir. Sizin kimilərin də növbəsi uzaqda deyil. Vallah ayıbdır. Elə öz “Leksus”unuzda gedin amma sakini, vətəndaşı insan yerinə qoyun və problemlərinin həllinə çalışın, ölkə başçısına verdiyiniz sözü tutun...


Vüqar Tofiqli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top