“Rusiya, SSRİ-nin varlığını müxtəlif adlar altında bərpa etməyə çalışır”

SİYASƏT 27 avq 2018, 14:30

“Rusiya keçmiş SSRİ-nin varlığını müxtəlif adlar altında  bərpa etməyə çalışır. Məqsəd özünün güc olduğunu nümayiş etdirməkdir”.

 

Bunu Moderator.az -a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib. Onun sözlərinə görə, Rusiyanın yaxın tarixi buna nümunədir:

 

“Çar Rusya dağılandan sonra Rusiya öz mövcudluğunu SSRİ adı ilə davam etdirdi. SSRİ dağılandan sonra Rusiya MDB adı altında öz mövcudluğunu davam etdirməyə səy göstərdi. Avrasiya İttifaqı. KTMT və s. kimi ittifaqlar Rusiyanın özünü qoruması üçündür. Çünki beynəlxalq güclər Rusyaya təzyiq edir, ona qarşı sanksiyalar tətbiq edirlər. Qərbin, NATO-nun əsas hədəfi Rusiyadır. Rusiyanın demokratikləşməsi istənilir. Ondan qonşularla, dünya dövlətləri ilə münasibətdə normal davranış sərgiləməsi tələb olunur. Rusiya Krımı ilhaq edəndən və Şərqi Ukraynada hərbi əməliyyatlara dəstək verəndən sonra sabiq ABŞ prezidenti Barak Obama Putinə müraciət edərək bildirdi ki, sən zəif dövlətləri işğal edirsən. 

 

Yəni, Rusiyanın yaratdığı bütün təşkilatlar onun maraq və mənafeyinin müdafiəsinə yönəlib. Rusiyanın yaratdığı bütün qurumlara bu aspektdən baxmaq lazımdır”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top