Trampdan sərt açıqlama: “Sosial şəbəkələrin fəaliyyəti tənzimlənəcək”

DÜNYA 28 may 2020, 09:09

“Sosial şəbəkələr mühafizəkarların tərəfdarlarına qarşı qərəzli siyasətlərini davam etdirsələr, ABŞ hakimiyyəti onların fəaliyyətini sərt şəkildə tənzimləyəcək”.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazı.

 
Tramp bildirib ki, respublikaçılar sosial şəbəkələrin mühafizəkarların səslərini tamamilə boğduğunu hiss edirlər: “Biz 2016-cı ildə onların nə etdiklərini gördük, amma sonra uğursuz oldu. Yenidən oxşar halın baş verməsinə icazə verə bilmərik”.

 
Ağ Ev rəhbəri əlavə edib ki, sosial şəbəkələrin qərəzli yanaşmalarına görə, onların fəaliyyəti bağlana bilər.

 
Tramp, həmçinin, “Twitter”i prezident seçkilərinə müdaxilə və söz azadlığını boğmaqda ittiham edib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top