Karantin rejimi daha iki həftə uzadıldı

DÜNYA 28 may 2020, 00:20

Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən bəzi məhdudiyyətlər iyunun 14-dək uzadılıb.


Demokrat.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib. Belə ki, özünütəcrid rejimi, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi və digər tədbirlər uzadılıb.


İyunun 1-dən isə Moskvada avtosalonlar, qeyri-ərzaq mağazaları və idman zalları fəaliyyətə başlayacaq.


Qeyd edək ki, Moskvada 171 min nəfər koronavirusa yoluxub, 67 min nəfər sağalıb, 2183 nəfər isə virusdan dünyasını dəyişib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top