Bakıda avtomobil maneəyə çırpıldı — xəsarət alanlar var

HADİSƏ 27 may 2020, 22:43

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib.

 

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top