4 ildir sabun və şampun istifadə etməyən həkim “Bədənimdən qoxu gəlmir”

MARAQLI 27 may 2020, 22:56

ABŞ-da çalışan həkim Ruslan Çerkaşin öz üzərində eksperiment aparıb. Əvvəlcə o ümumiyyətlə yuyunmamaq qərarına gəlib, daha sonra sadəcə adi su ilə duş alaraq, sabunsuz və şampunsuz yaşamağa qərar verib.


Medicina.az xəbər verir ki, həkim bildirib ki, bu metoddan narahatlıq keçirmir, səhhətində, dərisində heç bir problem yaranmayıb, hətta yarım ildən sonra onun bədənindən pix qoxu belə itib.


O, saçlarını, əllərini, bədənindəki kiri yumaq üçün duşa girir. Amma o sadəcə yaxalanır və heç bir əlavə sabun, gel, şampun lazım olmur.


İlk aylar bədəndən mənə xoş gəlməyən qoxu gəlirdi, amma sonra bədən bu vəziyyətə öyrəşdi və qoxu da itdi.


O hesab edir ki, bütün müasir gigiyena vasitələri insan bədəninə zərərlidir. İnsanın bədənində bakteriyalar məskunlaşır. Onları sabunla yuyub apardıqda, orqanizmin ekosistemi pozulur və immunitet zəifləyir.


“Ona görə öz metododumu hər kəsə məsləhət görürəm. Bu sağlamlıqdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top