Azərbaycanda polis koronavirusa yoluxdu — Dərhal xəstəxanaya yerləşdirildi

HADİSƏ 27 may 2020, 19:39

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşında koronavirus pandemiyası aşkarlanıb.


Demokrat.az “unikal.org”a istinadən xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən test pozitiv çıxıb.


Daxili İşlər Nazirliyininin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı Unikal.org-a təsdiqləyib:


"Karantin rejimini polis əməkdaşları həyata keçirdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir.


Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb.


Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır.


Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb".

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top